Məşhur klub qeyri-adi kolleksiya məhsulunu satışa çıxardı

10:00 İngiltərə 92
Məşhur klub qeyri-adi kolleksiya məhsulunu satışa çıxardı

“Mançester Yunayted” azarkeşləri üçün qeyri-adi kolleksiya məhsulunu satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, klub əfsanəvi “Old Trafford” stadionunda istifadə olunan ot örtüyünün parçalarını xüsusi məhsul kimi təqdim edir.

Rəsmi klub məhsulu kimi satışa çıxarılan ot örtüyü şəffaf kub formasında xüsusi qutuda təqdim olunur. Məhsul “Mançester Yunayted” azarkeşləri və kolleksiyaçılar üçün nəzərdə tutulub.

Məhsulun qiyməti 165 dollar müəyyən edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM