“Bu həftəsonu istədiklərimi edə bilmədim, yaxşı reaksiya vermirdi”

26 Sentyabr 08:20 Atçılıq 373
“Bu həftəsonu istədiklərimi edə bilmədim, yaxşı reaksiya vermirdi”

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu "Ferrari" pilotu Şarl Lekler üçün çox çətin keçib.

Sportinfo.az xəbər verir ki, sürücü bu barədə mətbuat konfransında açıqlama verib.

O, sıralama turu ilə bağlı təəssüratlarını bölüşüb:

"Bu gün çox çətin keçdi. Bu həftəsonu istədiklərimi edə bilmədim. Çünki bolid yaxşı reaksiya vermirdi. Sonradan bir qədər yaxşılaşdı".

Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək. Ş. Lekler sıralama turunda ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!