“Neftçi”nin baş məşqçisindən XƏBƏRDARLIQ: “Mən futbolçumu belə görmək istəmirəm“

13:00 Neftçi 171
“Neftçi”nin baş məşqçisindən XƏBƏRDARLIQ: “Mən futbolçumu belə görmək istəmirəm“

“Neftçi”də gözlər baş məşqçi Yuri Vernidubla Fredi Varqasa dikilib.

Onlar arasında növbəti görüş keçirilib.

Bu, ukraynalı çalışdırıcının istəyi ilə olub. O, venesuellalı yarımmüdafiəçi ilə söhbətində bir sıra vacib məqamlara toxunub.

60 yaşlı sükançı cənubi amerikalının diqqətinə çatdırıb ki, hamı ondan çox şey gözləyir, amma fərqli mənzərənin şahidir.

Varqası Premyer Liqanın ilk altı həftəsindəki göstəriciləri ilə tanış edən təcrübəli mütəxəssis bildirib ki, komandaya qatqısı aşağı səviyyədədir.

Venesuella yığmasının üzvündən hansısa şəxsi probleminin olub-olmamasını soruşan Vernidub “hər şey qaydasındadır“ cavabı alıb.

Belədə baş məşqçi deyib ki, o, tezliklə özünü düzəltməli, əvvəlki formasını bərpa etməlidir, əks halda, əsas heyətdə yerini itirəcək.

“Mən futbolçumun meydanda gəzişməsini görmək istəmirəm“ söyləyən Vernidub xəbərdarlıq edib ki, onun üçün adlar xüsusi önəm daşımır.

Bakılılar ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını iyulda alıb. Yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Varqas 2025-ci ilin yayında İsraildən - “Makkabi”dən (Netanya) satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü.

27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub. Premyer Liqanın cari mövsümündə isə hələlik qol hesabını aça bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti