“Qarabağ” avrokuboklarla vidalaşdı, o, qalmağa lüzum görmədi - Klubunu dəyişəndən AÇIQLAMA

13:20 Qarabağ 111
“Qarabağ” avrokuboklarla vidalaşdı, o, qalmağa lüzum görmədi - Klubunu dəyişəndən AÇIQLAMA

“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan klubunda çıxış etdiyi vaxt aldığı təklifləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hazırda “Vyeçista”da çıxış edən Polşa millisinin kiper yay transfer dönəmində karyerasını davam etdirmək üçün qarşısında olan variantlardan danışıb.

Koxalski bildirib ki, onun qarşısında Avropanın nəhəng klublarından seçim olmayıb:

“Belə deyil ki, mənim qarşıma superliqaların superklubları arasında seçim qoyulmuşdu, amma mən “Vyeçista”nı seçdim. Xeyr, ümumiyyətlə belə olmayıb. Ə

vvəlcə onu qeyd edək ki, “Qarabağ” bu mövsüm ümumiyyətlə avrokuboklara və hətta Konfrans Liqasına da vəsiqə qazana bilmədi. Ona görə də Çempionlar Liqasından imtina edib, Ekstraklasaya qayıtmağım kimi bir vəziyyət olmayıb”.

Koxalski “Vyeçista”dan Polşa millisinin heyətinə dəvət alan ilk futbolçu kimi tarixə düşüb.

“Qarabağ”ın heyətində 41 liqa oyununda meydana çıxan qapıçı 19 matçda qapısını toxunulmaz saxlayıb. Onun Çempionlar Liqasında isə 10 oyunu var.

Digər Xəbərlər
Xəbər Lenti