"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu 1/4 finalda Macarıstandan "The Private Rooftop" ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 0:0 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq olub - 2:0.
Bununla da, Azərbaycanın sonuncu təmsilçisi də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri erkən başa vurub.
Daha əvvəl "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.
