Ölkəmizə gələn "Formula 1" pilotları azarkeşlərlə görüşdü

07:10 Azarkeş 89
Ölkəmizə gələn "Formula 1" pilotları azarkeşlərlə görüşdü

Bakıda 10-cu dəfə keçirilən "Formula 1" Azərbaycan Qran-prisi çərçivəsində azarkeşlərlə pilotların görüşü təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərlə görüşüblər.

Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso, Valtteri Bottas və digər pilotların səhnəyə çıxışı böyük maraqla qarşılanıb.

Olduqca səmimi ab-havada keçən Fan Forum zamanı pilotlar azarkeşlərlə yarışla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər.

Bu görüşlər azarkeşlərə "Formula 1" dünyasını daha yaxından tanımaq və sevdikləri pilotlarla ünsiyyət qurmaq imkanı verib.

Yerli və xarici azarkeşlərin böyük maraq göstərdiyi tədbir Azərbaycan Qran-prisi həftəsinə əlavə həyəcan qatıb. Pilotların fanatlarla birbaşa ünsiyyəti isə yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM