Yığmamızın baş məşqçisi bu gün Litvada jurnalistlər önünə çıxacaq

09:20 Milli komanda 105
Yığmamızın baş məşqçisi bu gün Litvada jurnalistlər önünə çıxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, öncə milli komandamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutacaq:

26 sentyabr
Azərbaycan milli komandası
16:15 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
17:00 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq

Litva milli komandası
18:00 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
18:30 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq

Qeyd: Mətbuat konfransları və açıq məşqlər “Dariaus ir Gireno” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM