Rəhbəri dəyişən klubdan yeni baş məşqçi seçimi

22 İyun 2022 01:50 Şamaxı 942
Rəhbəri dəyişən klubdan yeni baş məşqçi seçimi

Cavid Hüseynovun «Neftçi»nin 19 yaşlılardan ibarət komandasını çalışdırmaqdan son anda imtina etməsinin səbəbi məlum olub.

«Cəbrayıl»ı Region Liqasının qalibi edən gənc məşqçiyə «Şamaxı»dan təklif gəlib.

Əyalət təmsilçisi bir müddət əvvəl Rüstəm Əliyevlə birillik müqavilə imzaladığını açıqlasa da, Zaur Axundovun Müşahidə Şurasının sədri postundan ayrılmasından sonra vəziyyət büsbütün dəyişib.

Keçmiş rəhbərliyin baş məşqçi qərarı Şamaxı rayon İcra Hakimiyyəti (İH) tərəfindən dəstəklənməyib.

Cavid Hüseynov, böyük ehtimalla, yerli İH-nın bu çağırışını qəbul edəcək. Bu təyinatın açıqlanması qısa zaman almalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!