"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov daha bir həmyerlisini ölkəmizə gətirib.
Sergey Revud korpusda yer alıb. Ukraynalı çalışdırıcı 55 yaşlı mütəxəssisi özünə əsas köməkçi təyin edib.
Onlar uzun müddətdir bir yerdədədir. Revud əvvəl də Azərbaycanda fəaliyyət göstərib. Maksimovun "Keşlə"nin (indiki "Şamaxı"nı) sükanı arxasında dayandığı müddətdə eyni missiyanı yerinə yetirib.
Buradan ayrıldıqdan sonra da bir yerdə tər töküblər. "Dnepr-1" və "Vorskla"da çiyin-çiyinə işləyiblər.
"Neftçi”nin sabiq məşqçisi Dmitro Qolovko da 8 illik aradan sonra Azərbaycana dönüb. Fiziki hazırlıq üzrə mütəxəssis bura Yuri Maksimov tərəfindən dəvət olunub.
46 yaşlı Qolovko Muxtar Respublika təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Dmitro Qolovko bunadək Ukraynada "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, "Vorskla", Rusiyada "Volqa”da işləyib. 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 millisində fəaliyyət göstərib.
"Neftçi"yə vaxtilə onu Tərlan Əhmədov dəvət edib. 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək birgə fəaliyyət göstəriblər.
Üç gün öncə «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Yuri Maksimov məşqçi korpusunu formalaşdırmağa başlayıb.
Ukraynalı mütəxəssis Zaur İsmayılovu düşərgəyə qaytarıb. O, Cavid Hüseynovun faktiki baş məşqçi olduğu 4 ay ərzində kağız üzərində bu səlahiyyəti daşımış İsmayılovu özünə köməkçi götürüb.
«Ağ-qırmızılar»la 8 aylıq müqavilə imzalayan çalışdırıcı Hüseynovun özüylə bura gətirdiyi yardımçılardan birinin də xidmətinə ehtiyac duyub.
İyuldan bəri qapıçılarla çalışan Şahin Məmmədov öz fəaliyyətini davam etdirəcək.
SPORTİNFO.AZ
