Azərbaycan klubu xarici baş məşqçisi ilə vidalaşacaq? - “Bu, heç kimi razı sala bilməz“

14:00 Sumqayıt 171
Azərbaycan klubu xarici baş məşqçisi ilə vidalaşacaq? - “Bu, heç kimi razı sala bilməz“

“Təbii ki, nəticələr rəhbərliyi qane etmir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

“Gənclik şəhəri“ təmsilçisi Premyer Liqada yeni mövsümə uğursuz start verib. Çempionatda 5 oyun keçirən və qələbə qazana bilməyən kollektivin aktivində vur-tut 2 xal var.

Filipe Kandidonun çalışdırdığı kollektiv 2 heç-heçə və 3 məğlubiyyətlə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Saytımıza danışan press-ateşe portuqaliyalı baş məşqçi ilə əlaqəli son günlər yayılan xəbərlərə münasibət bildirib. O, Kandidonun istefaya göndərilməsinin gündəmdə olmadığını söyləyib:

“Beş tura 2 xal heç kimi razı sala bilməz. Bundan kim razı qalar ki?

Amma bu gün hansısa radikal qərar və ya dəyişiklik haqda düşünülmür. Gözləyirik və ümid edirik ki, çempionatda yaranmış milli fasilə komandanın xeyrinə olacaq.

Bu fasilədən toparlanmış halda çıxarıq. Rəhbərliyin indiki halda mövqeyi bundan ibarətdir - növbəti oyunları gözləmək.

Hələlik narazılıq baş məşqçi ilə bağlı hansısa tədbir görmək dərəcəsində deyil. Hələ ora çatmamışıq“.

Digər Xəbərlər
Xəbər Lenti