Bakı komandası Çempionlar Liqasında mübarizəni dayandırdı

07:20 Futzal 97
Bakı komandası Çempionlar Liqasında mübarizəni dayandırdı

“Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 final mərhələsində İngiltərənin “Bukovina Badeuti” komandası ilə qarşılaşıb.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. Penaltilər seriyasında isə rəqib daha dəqiq olub. İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Azərbaycanı turnirdə təmsil edən “Aznur” daha əvvəl qrup mərhələsində mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM