Azərbaycanda vəfat edən tanınmış idmançının 1 ay qabaq toyu olubmuş

21 İyul 2024 01:10 İtaliya 1 405
Azərbaycanda vəfat edən tanınmış idmançının 1 ay qabaq toyu olubmuş

Cüdo məşqçisi Murad Heydərlinin ölüm səbəbi məlum olub.

Sportinfo.az xəbər verir ki, o, beyin xərçəngindən əziyyət çəkirmiş.

Yaxınları bildirib ki, Muradın 1 ay əvvəl toyu olubmuş. Murad Heydərli Xanım adlı qadınla ailə qurubmuş.

Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

27 yaşlı M.Heydərli Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı.

Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO