“Real” “Barselona”ya qarşı düzgün “açarlar”ı tapdı”

21:40 İspaniya 96
“Real” “Barselona”ya qarşı düzgün “açarlar”ı tapdı”

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos İspaniya çempionatının son turunda Madrid təmsilçisinin “Barselona”nı 2:1 hesabı ilə məğlub etməsini şərh edib.

Sportinfo.az “Madrid Zone”-ya istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Kataloniya təmsilçisinin təzyiq altında çətinlik çəkdiyini bildirib:

“Futbol baxımından “Barselona” dünyanın ən yaxşı komandasıdır. Onlar öz oyunlarını rəqibə qəbul etdirirlər, ancaq pressinq alınmayanda və müdafiə olunmaq məcburiyyətində qalanda çətinlik çəkirlər.

“Real” “Barselona”ya qarşı düzgün “açarlar”ı tapdı. Kataloniyalılar adətən qarşılaşmadıqları ciddi təzyiqlə üzləşdilər.

Rafinya və Pedri özlərini narahat hiss edir, onlara xas olmayan səhvlərə yol verirdilər”.

Məğlubiyyətə baxmayaraq, “Barselona” 27 xalla İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti