“Betis”in müdafiəçisi Natan Bernardo 2027-ci ildə karyerasında növbəti addımı ata bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı ilə İngiltərənin iki top-klubu – “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır.
Azərbaycan çempionu “Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” da onu heyətinə qatmaq üçün mübarizəyə qoşulmağa hazırlaşır.
Natan bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 9 oyunda meydana çıxıb və 1 qol vurub.
25 yaşlı futbolçunun “Betis”lə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.
