İsveçrəli müdafiəçini geri qaytarmaq üçün danışıqlara başladı

21:40 İtaliya 134
İsveçrəli müdafiəçini geri qaytarmaq üçün danışıqlara başladı

“Milan” icarə əsasında “Lion”da çıxış edən müdafiəçisi Zakari Atekameni qış transfer pəncərəsində geri qaytara bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

“Milan” 21 yaşlı futbolçunun vaxtından əvvəl geri qaytarılması ilə bağlı “Lion”la danışıqlara başlayıb. Tərəflər arasında ilk təmaslar artıq baş tutub.

Ancaq transferin reallaşması üçün Fransa klubunun razılığı lazımdır. “Lion”un bu keçid müqabilində təzminat tələb etməsi də istisna olunmur.

İsveçrəli müdafiəçi bu mövsüm bütün turnirlərdə 9 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti