MY və “Çelsi”nin hədəfindədir - “Komo”nun yarımmüdafiəçisi

00:10 İtaliya 88
MY və “Çelsi”nin hədəfindədir - “Komo”nun yarımmüdafiəçisi

“Komo”nun yarımmüdafiəçisi Niko Pas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Çelsi” və “Mançester Yunayted” maraqlanır.

Argentinalı oyunçunu sabiq klubu “Real” da geri qaytara bilər. Madrid təmsilçisinin onu 80 milyon avroya transfer etmək hüququ var. Bu bəndi gələn il iyulun 1-dən 15-dək aktivləşdirmək mümkündür.

“Komo” isə yarımmüdafiəçini komandada saxlamaq və heyəti onun ətrafında formalaşdırmaq niyyətindədir.

Pas dünən Çempionlar Liqasında “Mançester Yunayted”ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM