Argentina millisinin müdafiəçisini heyətinə qatmaq istəyir - “Yuventus”

01:30 İtaliya 70
Argentina millisinin müdafiəçisini heyətinə qatmaq istəyir - “Yuventus”

“Lion”un müdafiəçisi Nikolas Talyafiko karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 34 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Turin təmsilçisi bu transferi yanvara planlaşdırıb.

Talyafiko 2022-ci ilin yayından “Lion”da çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Müdafiəçinin bazar dəyəri 4 milyon avro qiymətləndirilir.

Argentina millisinin üzvü bu mövsüm Fransa çempionatında cəmi bir oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM