Antonio Konte yaydan etibarən “Milan”ı çalışıracaq?

5 Yanvar 2024 10:40 İtaliya 1 477
Antonio Konte yaydan etibarən “Milan”ı çalışıracaq?

“İnter”in və İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte yaydan etibarən “Milan”ı çalışıra bilər.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi 54 yaşlı mütəxəssisdən başqa heç bir namizədi nəzərdən keçirmir.

Rəhbərlik böyük ehtimalla, baş məşqçi Piolinin bu mövsümün sonuna qədər işləməsinə icazə verəcək, bundan sonra Konteni komandaya dəvət edəcəklər.

Konte məşqçilik karyerası ərzində “Çelsi”, “Yuventus”, “İnter”, “Atalanta”, “Siena”, “Bari” və İtaliya millisini çalışdırıb.

Mütəxəssisin son klubu “Tottenhem” olub. O, London təmsilçisini ötən il martın sonunda tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"