Rafinyanın milliyə çağırılmamasına çalışacaq - “Barselona”

00:10 İspaniya 98
Rafinyanın milliyə çağırılmamasına çalışacaq - “Barselona”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti oktyabrın 29-da noyabr toplanışı üçün heyəti açıqlamağı planlaşdırır.

Sportinfoaz “Diario Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın hücumçusu Rafinya Diası da milliyə dəvət etmək niyyətindədir.

Halbuki braziliyalı futbolçu ötən beynəlxalq fasilə zamanı aldığı zədədən yenicə sağalıb. Milliyə çağırılacağı təqdirdə, Rafinyanı təxminən 11 min kilometrlik səfər gözləyir.

“Barselona” əsas futbolçusunu yenidən itirmək riskinə getmək istəmir. Buna görə də, Kataloniya klubu hücumçunun formasını bərpa etməsi üçün milliyə çağırılmaması barədə Braziliya yığması ilə razılığa gəlməyə çalışa bilər.

Braziliya millisi noyabrda iki yoxlama oyunu keçirəcək. Ançelottinin komandası noyabrın 14-də Yaponiya, 17-də isə Sinqapur millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"