Avropanın iki top-klubunun maraq dairəsinə düşвü - “Mançester Siti”nin yarımmüdafiəçisi

00:00 İngiltərə 91
Avropanın iki top-klubunun maraq dairəsinə düşвü - “Mançester Siti”nin yarımmüdafiəçisi

“Mançester Siti”nin və Fransa millisinin yarımmüdafiəçisi Rayan Çerki Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu “Real” və PSJ heyətinə qatmaq istəyir.

Bununla belə, “Mançester Siti” fransalı yarımmüdafiəçi ilə yollarını ayırmağı planlaşdırmır. Çerki “şəhərlilər”də idman layihəsinin vacib bir hissəsi hesab olunur.

O, 2025-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2030-cu ilin iyununun sonunda başa çatacaq.

“Transfermarkt” portalı onun bazar dəyərini 110 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"