“Bu komandada məşqçilərlə bağlı problemlər var”.
“Sportinfo TV“də yayımlanan “Futbol masası“nın qonağı olan “Dinamo“nun İdarə Heyətinin sədri Yaşar Seyidov belə deyib.
I Liqada mövsümün gedişini dəyərləndirən klub rəhbəri “Səbail“i dəyərləndirib.
Təcrübəli funksioner Qubanı təmsil etməyə hazırlaşan komandaya hər cür şərait yaradıldığını bildirib. O, “Səbail“i himayəsinə götürmüş sponsorun və idarəçilərin uğurlu çıxış üçün əlindən gələni etdiyini söyləyib.
Seyidov onların kollektivin güclənməsi naminə səxavətli davrandığını, bütün imkanlarını bu yolda səfərbər elədiyini diqqətə çatdırıb.
Müsahib yeganə problemin məşqçilər korpusundan qaynaqlandığını vurğulayıb.
“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.
“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.
“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.
“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
