60 milyon avroluq müdafiəçinin transferinə “hə” deyib

00:20 İspaniya 103
60 milyon avroluq müdafiəçinin transferinə “hə” deyib

“Ştutqart”ın müdafiəçisi Finn Elç “Barselona” və Avropanın digər top-klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu 20 yaşlı futbolçunu yanvarda heyətinə qatmaq imkanını nəzərdən keçirir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də almaniyalı müdafiəçinin transferinə razılıq verib.

Bununla belə, “Ştutqart”ın Elç üçün 60 milyon avrodan çox tələb edəcəyi bildirilir. Bu məbləğ transferin reallaşmasını çətinləşdirə bilər.

Müdafiəçiyə “Liverpul”, “Real”, “Atletiko” və “Arsenal” da maraq göstərir. O, cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Onun xidmətində maraqlı olan “Barselona” və “Arsenal” UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Sabah”ın rəqibləridir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"