İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandasının UEFA Millətlər Liqasında İsraillə oyun (2:1) haqda fikirlərini bölüşüb.
Sportinfo.az “RAİ Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis əla oyun olduğunu deyib:
“Əla oyun oldu. Matçdan əvvəl, xüsusən də birinci hissədə danışdıqlarımızı meydanda gördük.
Dərin müdafiə olunan rəqibə qarşı oynayarkən həmişə yorulmaq və səhv qərarlar verməyə başlama riski var.
Belə vəziyyətdə müdafiəni yarmaq çətindir. Futbolçularımızın mütəşəkkil olması və uyğun anı gözləməyə davam etməsi yetkinlik əlamətidir”.