“İndi haqqımda transfer söhbətləri varsa…”

22 Yanvar 2020 00:00 İtaliya 725
“İndi haqqımda transfer söhbətləri varsa…”

Son vaxtlar adı müxtəlif klublarla yanaşı hallanan “İnter”in futbolçusu Lautaro Martines açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu, “neradzurra”nın heyətində xoşbəxt olduğunu bildirib:

“Hazırda “İnter”in futbolçusuyam və burda xoşbəxtəm. Haqqımda transfer söhbətləri varsa, demək yaxşı oynayıram. Karyerama belə davam etməyimin lazım olduğunu anlayıram. Xüsusilə, qış transfer pəncərəsi dövründə komandadan ayrılmaq istəmərəm”.

“Barselona”nın transfer hədəfində olduğu deyilən argentinalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 24 oyunda 15 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti