Baş məşqçinin müqaviləsinə xitam verildi - Qarşılıqlı razılıq əsasında

26 Oktyabr 2023 10:00 İtaliya 1 620
Baş məşqçinin müqaviləsinə xitam verildi - Qarşılıqlı razılıq əsasında

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, “Udineze” Andrea Sottillə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, uğursuz nəticələrə görə istefaya göndərilib.

Andrea Sottil 2022-ci ilin iyun ayından “Udineze”yə rəhbərlik edirdi. Komanda cari mövsümdə ölkə çempionatında keçirdiyi 9 oyunda 6 heç-heçə edib, 3 dəfə isə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"