İsveçlini transfer etmək istəyir - Paytaxt “zadəganlar”ı

01:30 İngiltərə 94
İsveçlini transfer etmək istəyir - Paytaxt “zadəganlar”ı

“Brayton”un yarımmüdafiəçisi Yasin Ayari “Çelsi”nin maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Ayarinin “Brayton”la yeni müqavilə ilə bağlı danışıqları dalana dirənib. “Çelsi” bu vəziyyətdən yararlanaraq isveçli futbolçunu heyətinə qatmağa çalışa bilər.

23 yaşlı yarımmüdafiəçiyə təkcə London klubu maraq göstərmir. “Qalatasaray” və “Fənərbaxça”, eləcə də “Milan” və İngiltərə Premyer Liqasının bir neçə təmsilçisi Ayarinin xidmətində maraqlıdır.

Bununla belə, “Brayton” onu komandada saxlamaq niyyətindədir. Klubun Ayari üçün təxminən 50 milyon avro tələb etdiyi bildirilir.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"