“Araz” Çempionlar Liqasında bosniyalılara məğlub oldu

01:00 Futzal 103
“Araz” Çempionlar Liqasında bosniyalılara məğlub oldu

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşıb.

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçirilən görüş “Buba Mara”nın 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun heyətində Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov fərqləniblər.

5-ci qrupunda mübarizə aparan “Araz-Naxçıvan” ilk turda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib.

Təmsilçimiz qrup mərhələsində son oyununu oktyabrın 30-da Polşanın “Piast” komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"