“Qarabağ”da hər şey əla idi, burada isə özümü kəşf etdim”

01:10 Qarabağ 94
“Qarabağ”da hər şey əla idi, burada isə özümü kəşf etdim”

“Qarabağ”ın sabiq hücumçusu Kamilo Duran “Seltik”dəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Kolumbiya millisinin üzvü Şotlandiya klubundakı ilk mövsümünü uğurlu qiymətləndirib.

24 yaşlı forvard “Seltik”də artıq 10 qol vurmasının ciddi nailiyyət olduğunu düşünür:

“Qarabağ”da hücumun mərkəzində çıxış edirdim və hər şey əla idi. “Seltik”də baş məşqçi məni sağ cinahda oynatmağa üstünlük verir.

Bu sayədə özümü yeni mövqedə kəşf etdim. Yeni komandamda artıq 10 qol vurmağım debüt mövsümü üçün pis nəticə deyil.

Cinahda başlayıb mərkəzdə bitirdiyim matçlar da olub. Amma hər şeydən önəmlisi komandamın uğur qazanması və bunda pay sahibi olmağımdır”.

Kamilo Duran yay fasiləsində 6 milyon funt-sterlinq qarşılığında “Qarabağ”dan “Seltik”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"