Premyer Liqa klubunun baş məşqçisi hakimə necə təzyiq göstərdi? - FOTOLAR

24 Yanvar 10:40 İtaliya 839
Premyer Liqa klubunun baş məşqçisi hakimə necə təzyiq göstərdi? - FOTOLAR

«Kəpəz»in baş məşqçisi Adil Şükürov hakimlərə təzyiq göstərib.

Hadisə Premyer Liqanın 19-cu turunda baş verib.

Belə ki, o, «Turan Tovuz»la Qəbələdə keçirilən qərb derbisinin gedişində Əli Əliyevi təsiri altına alıb.

Referi bir neçə epizodda VAR kamerasına yaxınlaşan zaman Şükürov «fit sahibi»nin başının üstünü kəsdirib.

Aşağıda təqdim etdiyimiz fotolardan da görünür ki, çalışdırıcı Əliyevə nəsə söz deyir, ikinci isə əvvəlcə ona reaksiya vermir, ardınca oradan uzaqlaşmasını istəyir.

Əli Əliyev bu matçda bir sıra ciddi səhvləri ilə yadda qalıb.

O, 9-cü dəqiqədə Tovuz klubunun müdafiəçisi Faiq Hacıyev meydandan kənarlaşdırsa da, ikinci hissənin əvvəlində kobudluğa yol verən Vüsal Məsimova («Kəpəz») qırmızı vərəqə göstərməyib.

Hakimin ciddi xətasü üzündən say üstünlüyü əldə edən Gəncə təmsilçisi sonda 2:1 hesablı qələbə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"