Türkiyəli hücumçunun müqaviləsini uzatdı, maaşını artırdı - "Yuventus"

17 Avqust 2024 10:20 İtaliya 1 383
Türkiyəli hücumçunun müqaviləsini uzatdı, maaşını artırdı -

"Yuventus" Kenan Yıldızla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi türk futbolçunun müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı hücumçu 2029-cu ilin yayına kimi "Yuventus"a məxsus olacaq.

"Ağ-qaralar" gənc forvarda 10 nömrəli formanı verib. Futbolçunun illik maaşı da 1 milyon 600 min avroya qaldırılıb.

"Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"dan transfer edib.

Türkiyə millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti