"Hələ noyabrdır və yayda nələrin baş verəcəyini deyə bilmərəm"

10:00 Almaniya 119
"Hələ noyabrdır və yayda nələrin baş verəcəyini deyə bilmərəm"

“Barselona”dan icarə əsasında “Ayaks”da çıxış edən almaniyalı qapıçı Mark-Andre ter Ştegen gələcək planları barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Niderland klubunda ona göstərilən etimaddan məmnun olduğunu bildirib:

“12 il “Barselona”da çıxış etmişəm və bu səbəbdən, kluba bağlıyam. Hələ noyabrdır və yayda nələrin baş verəcəyini deyə bilmərəm.

“Ayaks”da mənə göstərilən etimadı hiss etmək inanılmaz dərəcədə xoşdur. Bu, formada olduğum zaman komandaya çox şey verə biləcəyimi sübut edir”.

Almaniya millisindəki dəyişikliklərdən də danışan qapıçı, gənc futbolçularla yanaşı, təcrübəli oyunçuların da vacibliyini vurğulayıb:

“Son vaxtlar Almaniya millisinin ən yaxşı dövrü deyil. Çoxu dərhal yeni futbolçuların cəlb olunmasını, bütün gənclərə şans verilməsini tələb edir.

Ümumilikdə, bunu düzgün hesab edirəm. Ancaq qarşıda təcrübənin çox vacib olacağı çətin anlar da olacaq”.

Ter Ştegen Niderland çempionatının cari mövsümündə 11 oyunda meydana çıxıb və bu matçların 3-də qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!