Bilirsiz, millimizin qolunu vuran kimin oğludur?

11:40 Milli komanda 92
Bilirsiz, millimizin qolunu vuran kimin oğludur?

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

Yığma Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqradda keçirilən qarşılaşma rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Bizimkilərin qollarını Əli Əliyev (31) və Məhəmməd Çodarov (79) vurub.

İkinci qolumuza imza atan Məhəmməd bilirsiz, kimin övladıdır? O, əsas millidə Ayxan Abbasovun köməkçisi işləyən Elnur Çodarovun böyük oğludur.

Məhəmməd «Sabah»ın formasını geyinir. «Bayquşlar»ın 19 yaşlılardan ibarət komandasında tər tökən kiçik Çodarov həm hücumçu, həm də vinger mövqeyində çıxış edir.

U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!