Qurban Qurbanovun başını ağrıdan ağır suallar

15:00 Qarabağ 76
Qurban Qurbanovun başını ağrıdan ağır suallar

Azərbaycan futbolunun son illərdə ən stabil və dominant komandası hesab olunan “Qarabağ” cari mövsümdə əvvəlki illərlə müqayisədə daha fərqli mənzərə nümayiş etdirir.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi hələ də çempionluq mübarizəsinin iştirakçısıdır. L

akin onların oyun keyfiyyəti, hücum effektivliyi, heyət balansı və son nəticələri ciddi müzakirə mövzusuna çevrilib.

Burada əsas məsələ yalnız xal itkiləri deyil. Daha vacib məqam “Qarabağ”ın əvvəlki mövsümlərdə rəqiblərinə qarşı nümayiş etdirdiyi oyun üstünlüyünü itirməsidir.

Komanda əvvəlki kimi topa nəzarət edə, rəqib müdafiə xəttini davamlı təzyiq altında saxlaya və fərdi ustalıq hesabına çətin oyunların taleyini həll edə bilmir.

11 turun nəticələrinə əsasən turnir cədvəlinin ilk altılığında “Neftçi”, “Sabah”, “Turan Tovuz”, “Qarabağ”, “Zirə” və “Kəpəz” yer alır. “Qarabağ”ın özünü çıxmaqla, bu komandaların dördü ilə artıq qarşılaşıb, “Kəpəz”lə oyun isə təxirə salınıb.

“Neftçi” ilə qarşılaşmada 3:3 hesablı heç-heçə qeydə alınıb. Bu oyun “Qarabağ”ın hücum potensialını göstərsə də, müdafiə xəttində problemlərin olduğunu da üzə çıxarıb. Üç qol vurmasına baxmayaraq, komanda qələbə qazana bilməyib və iki xal itirib.

“Zirə” ilə görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qarabağ” rəqibin müdafiə təşkilatlanmasını tam şəkildə poza bilməyib. Bu nəticə də çempionluq mübarizəsində vacib iki xalın itirilməsi demək idi.

“Sabah”la qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu oyunda hücum xəttinin effektivliyi ilə bağlı problemlər daha aydın görünüb. Komanda qol vəziyyətləri yaratmaq və onları nəticəyə çevirmək baxımından gözlənilən səviyyədə olmayıb.

“Turan Tovuz”la noyabrın 6-da keçirilən matç isə 0:1 hesablı məğlubiyyətlə başa çatıb.

Bu nəticə əvvəlki oyunlarda müşahidə olunan hücum problemlərinin davam etdiyini göstərdi. “Qarabağ” ardıcıl üç çempionat oyununda qol vura bilməyib.

Beləliklə, hazırkı ilk beşlikdəki digər dörd rəqibə qarşı “Qarabağ” 4 oyun keçirib, 3 heç-heçə edib və 1 dəfə məğlub olub. Bu qarşılaşmalarda 4 qol vurub, 5 qol buraxıb və cəmi 3 xal toplayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti