“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister klubla müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
27 yaşlı futbolçunun klubla hazırkı sözləşməsinin vaxtı 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu gələcəyinin meydandakı çıxışından asılı olduğunu bildirib:
“Hələ vaxtımız var. Azarkeşlər bu barədə narahat olmasınlar. Hər şey mənim göstərəcəyim oyundan asılı olacaq.
Mən yüz faizimi ortaya qoyacam və ümid edirəm ki, klub rəhbərliyi sonda mövqeyinə yenidən baxacaq. “Liverpul”da çox yaxşı vaxt keçirirəm.
Xüsusilə, Premyer Liqanı qazandığımız mövsüm və burada keçirdiyim ilk il. Yurgen Kloppun rəhbərliyi altında, mənim üçün yeni olan mövqedə oynadığım dövr xoş xatirələrimdə qalıb. Ümumiyyətlə, ötən mövsümü çıxmaq şərtilə, burada çox xoşbəxtəm”.
