Almanlar Azərbaycan millisinin keçmiş hücunçusunu bəyəndi

02:00 Bizimkilər 63
Almanlar Azərbaycan millisinin keçmiş hücunçusunu bəyəndi

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov çıxışı ilə yenidən Almaniyada diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, Berlin “Dinamo”sunun 35 yaşlı hücumçusu Regionalliqanın Şimal-Şərq zonasının 16-cı turunda “Babelsberq”lə səfər matçında 90+1-ci dəqiqədə vurduğu yeganə qolla komandasına qələbə qazandırıb.

Almaniya mətbuatı Dadaşovun hələ yaşlanmadığını və komandasını arxasınca apardığını yazıb:

“Rüfət “Babelsberq” səfərinin son dəqiqələrində bir daha səhnəyə çıxdı. Bu mövsüm artıq 9 qol vurub və bombardirdən cəmi 1 top geri qalır.

Bu da onu göstərir ki, Azərbaycan millisinin keçmiş oyunçusu hələ də ən yaxşı formasındadır. Onun qolçuluq bacarığı sayəsində “Dinamo” 1-ci yer uğrunda mübarizəni davam etdirir”.

“Dinamo” hazırda 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!