Misli Premyer Liqasının 11-ci turu mövsümün ən az tamaşaçı toplayan turu olub.
Sportinfo.az xəbər verir ki, birinci dövrənin son turunda baş tutan 6 oyunu ümumilikdə 6598 nəfər tribunadan izləyib.
Bu isə mövsümün ən kasad turudur. Buna qədər mövsümün antirekordu 2-ci tura (7570) məxsus idi.
Mövsümün ən az tamaşaçı toplayan oyunu da 11-ci turda olub. Belə ki, “SOCAR Polymer Arena”da keçirilən “Şəfa” – “Araz-Naxçıvan” qarşılaşmasında cəmi 100 nəfər olub.
Bu isə 3-cü turda Qəbələdə 150 azarkeşin izlədiyi “Araz-Naxçıvan” – “Sabah” görüşündəki antirekordun qırılması deməkdir.
