Mahir Emrelini Polşada bu siyahıya daxil etdilər - FOTO

11 Noyabr 22:40 Bizimkilər 187
Mahir Emrelini Polşada bu siyahıya daxil etdilər - FOTO

Azərbaycan millisinin və “Rakuv”un hücumçusu Mahir Emreli son günlərdə göstərdiyi oyunla diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, Polşa Ekstraklasasının 14-cü turunda keçmiş klubu "Legiya"ya qarşı səfər matçında (4:2) məhsuldar ötürmə ilə yadda qalan forvard həftənin simvolik heyətinə daxil edilib.

Məlumat üçün əlavə edək ki, hazırda Polşa klubunda çıxış edən Mahir Emreli 2028-ci il iyunun 30-na qədər “Kayzerslautern”ə (Almaniya) məxsusdur. Polyaklar Mahiri əldən buraxmaq istəmir.

Ona görə də onunla rəsmi müqavilə imzalamağı planlaşdırırlar. Ancaq bu məsələdə həm onun, həm də məxsus olduğu klubunun qəti mövqeyi hələ ki bəlli deyil.

Mahir “Qarabağ”, “Legiya”, “Dinamo”(Zaqreb), “Konyaspor”, “Nürnberq” klublarında çıxış edib.

Mahir Emreli həftənin rəmzi komandasında - FOTO

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!