"Qarabağ" iki yeni transfer əməliyyatı həyata keçirməyi hədəfləyib.
Bu barədə klubdan saytımıza məlumat daxil olub.
Belə ki, Qurban Qurbanov qış planı ilə rəhbərliyi tanış edib.
Baş məşqçi kreativ hücumçu və sağ cinah vingeri mövqeyinə namizədləri gözdən keçirir. Təcrübəli mütəxəssisə boşluq gördüyü zonaları gücləndirmək məqsədilə əlavə büdcə ayrılıb.
Ağdam təmsilçisi mövsümlərarası fasilədə 11 əməliyyat həyata keçirib.
Zakaria Savo ("Aris" Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan), Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan), Reda Xadra ("Reyms", Fransa), Taofik İsmahil (“Qurnik” (Zabje), Polşa) və Dieqo Rosa (APOEL-dən icarəyə götürülüb) kollektivə qoşulub.
«Köhlən atlar» 14 illik aradan sonra bu il avrokuboklarla erkən vidalaşıb. Komandanın Premyer Liqada da işləri qaydasında getmir - ilk dövrəni turnir cədvəlinin dördüncü pilləsində başa vurublar.
SPORTİNFO.AZ
