“Yuventus” və “Napoli” danışıqlara başladı - Əlcəzairlini istəyirlər

11 Noyabr 22:00 İngiltərə 152
“Yuventus” və “Napoli”  danışıqlara başladı - Əlcəzairlini istəyirlər

“Mançester Siti”nin müdafiəçisi Rayan Ait-Nuri qış transfer dönəmində komandadan ayrılmağı planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ilə İtaliyanın iki klubu – “Yuventus” və “Napoli” maraqlanır.

A Seriyasının təmsilçiləri artıq müdafiəçinin nümayəndələri ilə danışıqlara başlayıblar.

Əlcəzairli futbolçu cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Ait-Nurinin transferində maraqlı olan “Napoli” UEFA Çempionlar Liqasının 7-ci turunda, yanvarın 20-də “Sabah”ın qonağı olacq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!