Argentina millisinin müdafiəçisini istəyir - “Sabah”ın rəqibi

18:40 İspaniya 76
Argentina millisinin müdafiəçisini istəyir - “Sabah”ın rəqibi

Argentina millisinin və “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines “Barselona”nın transfer hədəflərindən birinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiə xəttini gücləndirmək üçün 28 yaşlı futbolçunu ən real namizədlərdən biri hesab edir.

İspaniya çempionu argentinalı futbolçunun vəziyyətini yaxından izləyir.

Martinesin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, 2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir.

“Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir. Onun komandası hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.

“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti