“Qəbələ” milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı sınaq matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin sözçüsü Elnur Məmmədli məlumat verib.
“Komanda məşqlərə başlayıb. Əvəzedici komanda ilə bir matç nəzərdə tutulub.
Görüş noyabrın 14-də baş tutacaq. Oyun ehtiyat meydanda reallaşacaq”.
“Qəbələ” Misli Premyer Liqasında ilk oyununu noyabrın 21-də səfərdə “Şəfa” ilə keçirəcək.
