Bu yazışmanı üzə çıxardı: “Mən də qol vurub, anama ürək göstərəcəm - Az qalıb, gəlirəm” - FOTO

12:40 Hadisə 96
Bu yazışmanı üzə çıxardı: “Mən də qol vurub, anama ürək göstərəcəm - Az qalıb, gəlirəm” - FOTO

Mahir Emreli yığmaya dəvət alan Murad Məmmədovla illər əvvəlki yazışmasını paylaşıb.

Sportinfo.az xəbər verir ki, hücumçu sosial şəbəkə hesabında hazırda Kiprin “Pafos” klubunda oynayan Məmmədovun hələ 2019-cu ildə ona göndərdiyi köhnə mesajları yayımlayıb.

Həmin vaxt 13 yaşında olan Murad Məmmədov gələcəkdə milli komandada oynamaq arzusunu ifadə edib:

“Salam Emreli. Sən qol vurub anana ürək göstərdin. Mən də qol vurub anama ürək göstərəcəyəm, inşallah. Az qalıb, gəlirəm milliyə”.

Məmmədov daha sonra Emreli ilə eyni komandada oynamaq istədiyini bildirib:

“İnşallah, heyətdə də bir yerdə oynayıb udarıq”.

Mahir Emreli isə paylaşımına “2019-cu ildə bunu mənə yazmısan” sözlərini əlavə edib.

Beləliklə, illər əvvəl milli komandada oynamaq arzusunu dilə gətirən Murad Məmmədov artıq Mahir Emreli ilə birlikdə Azərbaycanın əsas millisindədir. Onları qarşıdakı günlərdə Lixtenşteyn və Andorra ilə oyunlar gözləyir.

M.Emreli həmçinin hazırda millinin düşərgəsində olan Murad Məmmədovla şəklini də paylaşıb.

Digər Xəbərlər
Xəbər Lenti