Ayxan Abbasov Lixtenşteyndə mətbuat önünə çıxacaq

08:30 Milli komanda 45
Ayxan Abbasov Lixtenşteyndə mətbuat önünə çıxacaq

Azərbaycan komandasının UEFA Millətlər Liqası çərçivəsində noyabrın 12-də Lixtenşteyn, noyabrın 15-də isə yoldaşlıq görüşündə Andorra yığmalarına qarşı keçirəcəyi oyunlardan öncə təşkil olunacaq mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqlərin vaxtları m'lum olub.

Sportinfo.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov sabah Bakı vaxtı ilə saat 21:15-də media nümayəndələrinin önünə çıxacaq:

12 noyabr

Lixtenşteyn - Azərbaycan
Mətbuat konfransı – saat 21:15 (Bakı vaxtı ilə)
Açıq məşq – saat 22:00 (Bakı vaxtı ilə)

15 noyabr

Andorra - Azərbaycan
Mətbuat konfransı – saat 21:15 (Bakı vaxtı ilə)
Açıq məşq – saat 19:00 (Bakı vaxtı ilə)

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!