Azərbaycanlı finalda qardaşını uddu, beynəlxalq turnirin qalibi oldu

03:50 Güləş 70
Azərbaycanlı finalda qardaşını uddu, beynəlxalq turnirin qalibi oldu

Azərbaycan güləşçisi Davud Məmmdov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnirin qalibi olub.

Sportinfo.az xəbər verir ki, ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

Məmmədov finalda qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gəlib. Cavad isə gümüş medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!