“Football Ranked” milli komandaların dünya reytinqini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, siyahıda yığmaların son matçlarda göstərdikləri nəticələr də nəzərə alınıb.
Azərbaycan millisinin də reytinqdəki mövqeyi müəyyənləşib. Hesabına 9,1 əmsal əlavə edən yığmamız 219 komanda arasında 183-cü pillədə göstərilib.
Ayxan Abbasovun yetirmələrinin aktivində 1286 əmsal var. Azərbaycan millisi Avropa ölkələri arasında isə 42-cidir.
Reytinqə 2210 əmsalla İspaniya başçılıq edir. Argentina (2129) ikinci, İngiltərə (2085) isə üçüncü sıradadır.
Millimiz FIFA reytinqində isə 126-cı sıradadır.
