“Əgər Messi olsaydı, bu oyundan əvvəl qorxudan titrəyərdim”

20:20 Sabah 39
“Əgər Messi olsaydı, bu oyundan əvvəl qorxudan titrəyərdim”

“Sabah”ın polşalı legioneri Timoteuş Puxaç Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə keçiriləcək oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Meczyki” yutub kanalına müsahibəsində Lamin Yamala qarşı oynamaq ehtimalını dəyərləndirib.

“Yamal çox yaxşı, möhtəşəm futbolçudur. Görək, nə olacaq.

Mən ona bir qədər fərqli baxıram. Çünki o, mənim heyran olduğum futbolçular nəslindən deyil.

Yamal meydana çıxanda mən artıq peşəkar futbol oynayırdım. Ona görə də ona fərqli yanaşıram, onu ideallaşdırmıram.

Əgər rəqibim Messi olsaydı, bu oyundan əvvəl qorxudan titrəyərdim. Amma Lamin mən artıq futbol oynadığım vaxtda meydana çıxıb. Buna görə də vəziyyət fərqlidir.

Düşünürəm ki, Lamin hazırda dünyanın ən yaxşı futbolçularından biridir, bəlkə də ilk beşlikdədir.

Çox güclüdür. Onun üstünlüyü həm sol, həm də sağ ayağı ilə oynaya bilməsidir. Bu, inanılmaz təcrübə olacaq”.

"Sabah” – “Barselona” matçı noyabrın 25-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti