Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ” bu mövsüm ilk dəfə öz meydanında məğlub olub.
Sportinfo.az xəbər verir ki, əvvəlki 4 ev matçının 3-də qələbə qazanıb, 1-də heç-heçə edən ağdamlılar geridə qalan turda “Turan Tovuz”a yenilib – 0:1.
Əvəzində digər iddialılar “Neftçi”, “Zirə” və “Sabah” doğma azarkeşləri önündə məğlubiyyətsizlik seriyasını davam etdiriblər. “Zirə” 7-ci, digərləri isə 5-ci ev görüşündə uduzmayıblar.
Diqqətçəkən statistika “Şəfa” – “Araz-Naxçıvan” qarşılaşmasında qeydə alınıb. 2:2 hesabı ilə bitən matçda “Şəfa” cari mövsüm ilk dəfə evdə,
“Araz-Naxçıvan” isə səfərdə xal qazanıb. Hər iki komanda ardıcıl 4 məğlubiyyətdən sonra 1 xalla öyünə bilib.
