“Neftçi”nin direktoru: “Pulu sağa-sola xərcləyəcək durumda deyilik”

01:50 Neftçi 40
“Neftçi”nin direktoru: “Pulu sağa-sola xərcləyəcək durumda deyilik”

“Bu, ötən ildən başladığımız planlaşdırmanın ilk mərhələsidir”.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer deyib.

Heyət dərinliyinə və ehtiyatdan meydana daxil olan oyunçuların qol vurmasına toxunan klub rəsmisi bunun düşünülmüş siyasət olduğunu bildirib:

“Yayda doqquz transfer etdik. Ehtiyatdan meydana daxil olan futbolçularımızın verdiyi töhfələri görürük və arzuladığımız da elə bu idi.

Məşqçilər heyəti ilə birlikdə bunu reallaşdırdığımız üçün məmnunuq. Qış çempionluğu və liderlik vəziyyəti dəyərləndirməmizə təsir edə bilər.

Lakin əsas məsələ təkcə heyətə yeni oyunçu cəlb etmək deyil, komandanı qorumaq və daha yuxarı səviyyəyə qaldırmaqdır.

Çox da məhsuldarlıq göstərməyən bəzi futbolçularımızdan maksimum fayda əldə etmək özü də bir transferdir.

Pulumuz dəyərlidir, bu məsələlərdə çox həssasıq və pulu sağa-sola xərcləyəcək durumumuz yoxdur. Hər məsələdə çox diqqətli, qənaətcil və səmərəli hərəkət etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!