“Barselona”nın ulduzu Azərbaycanı harayla səhv saldı?

14:20 Hadisə 54
“Barselona”nın ulduzu Azərbaycanı harayla səhv saldı?

“Barselona”nın hücumçusu Lamin Yamal Azərbaycanla Qazaxıstanı səhv salıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı ulduz azarkeşlər üçün hazırlanan videoçarxda komandasının Çempionlar Liqasındakı səfər matçından danışarkən Bakının əvəzinə Qazaxıstanın adını çəkib.

Videoda Yamal qalibə Çempionlar Liqası matçına iki bilet və öz imzası olan butslar vəd edib. O, qalibin Qazaxıstandakı oyuna göndərilməsini istədiyini bir neçə dəfə təkrarlayıb.

Maraqlıdır ki, videonun montajında futbolçunun əslində Azərbaycanı nəzərdə tutduğu barədə qeyd də yer alıb.

“Barselona” noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Bakıda “Sabah”ın qonağı olacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti