Ardıcıl 8-ci qələbə əldə edən Nərmin Avropa çempionu oldu

08:10 Şahmat 42
Ardıcıl 8-ci qələbə əldə edən Nərmin Avropa çempionu oldu

Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Nərmin Abdinova 8-ci turda Polşa şahmatçısı Klara Szczotkanı məğlub etməklə fenomenal nəticə göstərib.

Bu Nərmin Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbəylə başa vuran Nərmin Abdinova sabah baş tutacaq 9-cu turun nəticəsindən asılı olmayaraq Avropa çempionu olub.

Avropa çempionatında U18 kateqoriyasında ölkəmizə sonuncu qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!